Durov Paris Luvrundan oğurlanan qiymətli əşyaları alıb BƏƏ-yə təhvil verməyə hazırdır.
Telegram-ın təsisçisi Pavel Durov Parisdəki Luvr muzeyindən baş vermiş oğurluğu “Fransanın tənəzzülünün daha bir göstəricisi” adlandırıb. O, X sosial şəbəkəsində yazıb ki, “Məni Luvrda oğurluq təəccübləndirmir. Bu, bir zamanlar böyük olan ölkənin tənəzzülünün daha bir kədərli göstəricisidir; hökumət insanların diqqətini saxta təhlükələrlə yayındırmaq sənətini mükəmməl formada mənimsəyib, əsl problemlərlə mübarizə aparmaq əvəzinə”.
Bir istifadəçinin “Mən bunu oğurladım” şərhinə cavab olaraq Durov bildirib ki, oğurlanan zinət əşyalarını almağa və Luvrə BƏƏ-də təhvil verməyə məmnuniyyətlə razıdır, əlavə edib ki, “Luvrdan Abu-Dabidə heç kim oğurluq edə bilməz”.