AZ

"Bu gün "Cartier" mağazaları Luvrdan daha yaxşı qorunur”

Parisdəki Luvr Muzeyində baş verən cəsarətli oğurluğun arxasında beynəlxalq şöhrət axtarışı deyil, maddi qazancın dayandığı qiymətləndirilir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Mütəxəssislər bunun “vur, sındır, götür” tərzindəki soyğunların bir parçası olduğunu, bu soyğunun estetik və ya bədii deyil, maddi motivasiyalarla edildiyini bildiriblər.

İncəsənət əsərlərinin bərpası üzrə mütəxəssis Kristofer A. Marinello bildirib: “Bu cür zinət əşyalarını oğurlayan şəxslər onları satmaq üçün deyil, əridib içindəki daşları çıxarmaq üçün oğurlayırlar. Çünki bu gün "Cartier" mağazaları Luvrdan daha yaxşı qorunur”.

Marinello Luvrdakı oğurluğun 2019-cu ildə Drezdendəki “Yaşıl Günbəz” Muzeyindən 113 milyon avro dəyərində zinət əşyalarının oğurlandığı hadisəyə bənzədiyini bildirib: “Buradakı model sadədir: Vur, sındır, götür və dərhal əridib yox et”.

Seçilən
12
operativmm.az

1Mənbələr