AZ

Bakı derbisinə doğru: Kərəmli iddialı, Məmmədov ümidlidi

Bu həftə Azərbaycan I Liqasında gözlər Binə qəsəbə stadionun yönələcək.

Belə ki, burada lider “Şəfa” öz meydanında ikinci pillədə qərarlaşan “Səbail”i qonaq edəcək. Premyer Liqaya iddialı iki komandanın dueli maraqla gözlənilir.  Bu baxımdan da, I Liqanın 6-cı turunun mərkəzi matçı öncəsi hər iki komandanın baş məşqçisinin fikirlərini öyrəndik.

İdmanxeber.az- açıqlama verən məşqçilər oyun öncəsi iddialı danışıb:

Elgiz Kərəmli (“Şəfa”nın baş məçqçisi): 

“Hər iki komandanın çempionata məğlubiyyətsiz başlaması və yaxşı təşkilatlanması oyuna xüsusi maraq yaradır. Lakin oyunun həlledici olacağını demək düzgün deyil, çünki çempionat yeni başlayıb. Liqada yaxşı komandaların sayı çoxdu. Hər oyunun öz ağırlığı var. Buna görə də oyuna xüsusi yanaşmırıq. Biz bütün oyunlara eyni yanaşırıq. 

İki eyni gücə sahib komanda oynayacaq. Yeganə üstünlüyümüz “Səbail”dən iki xal öndə olmağımızdır. Lakin biz onlarla oyunda bu xal üstünlüyümüzü qorumağı yox, artırmağı düşünürük. Hələ marafon uzundu”.

Elvin Məmmədov (“Səbail”in baş məşqçisi)

“Ümid edirəm ki, yaxşı oyun olar. Hər şey qaydasındadır. İtkimiz, zədəlimiz yoxdur. Futbol ictimaiyyətinin maraqla gözlədiyi bir görüş olacaq. Liderə qarşı çıxış edirik, 3 xal üçün mübarizə aparacağıq. Rəqib bizdən iki xal öndə olsa da, hələ VI turdur. Fərq çox da böyük deyil. Çempionatdan bütün oyunlar dəyərlidir.

Komandalar bizə qarşı müdafiə futbolu oynayır. Buna görə də, çətinliklə son dəqiqə qolları ilə qələbə qazanırıq. Bunun üzərində işləyib vəziyyəti düzəldəcəyik”.

Seçilən
66
idmanxeber.az

1Mənbələr