AZ

AFFA Premyer Liqa klublarını 20 min manat cərimələdi

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Fanat.Az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, iclasda Misli Premyer Liqasının 8-ci turunda qeydə alınan qayda pozuntuları müzakirə olunub.

“Şamaxı”nın futbolçusu Abdullahi Şuaybu “Kəpəz”lə matçda təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəzalanıb, klubu 3000 manat cərimə edilib. Bundan başqa, hər iki komandanın geyim formasında uyğunsuzluğun aradan qaldırılması səbəbindən matç gec başladığı üçün klublar hərəyə 1500 manat ziyana düşüb. Həmçinin, oyun zamanı 4 futbolçusu sarı vərəqə alan “Kəpəz” daha 700 manat cərimələnib.

“Qəbələ” “İmişli” ilə qarşılaşmada 5 üzvü sarı vərəqə ilə cəzalandığı üçün 700 manat cərimə ödəyəcək.

“Sumqayıt” – “Karvan-Yevlax” oyunu qonaq komandasının meydançaya vaxtında çıxmaması səbəbindən gec başladığı üçün klub 3000 manat cərimə edilib.

“Neftçi” isə “Araz-Naxçıvan”la matçda baş verənlərə görə ümumilikdə 9700 manat xərcə düşüb. Bakı klubu 4 futbolçusu sarı vərəqə aldığı üçün 700, azarkeşləri tərəfindən rəqib komandanın və hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 2-ci dəfə yaşandığına görə 6000, rəqib futbolçuların ünvanına irqi ayrı-seçkilik ehtiva edən ifadələr səsləndirildiyinə görə isə 3000 manat cərimələnib.

Seçilən
50
8
fanat.az

10Mənbələr