AZ

Əliyevin açıqlaması Ermənistanı sevindirdi - Dərhal reaksiya verdilər

BAKI, 21 oktyabr. TELEQRAF

“Bu addım regional kommunikasiyaların açılması və qarşılıqlı etimadın möhkəmləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan Azərbaycan Prezidenti İlham Əliyevin Bakının Ermənistana yüklərin tranzitinə qoyulan məhdudiyyətləri aradan qaldırması ilə bağlı bəyanatına cavabında deyib.

“Ermənistan Respublikası Azərbaycan Respublikası Prezidentinin Ermənistana yüklərin tranzitinə qoyulan məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı bəyanatını alqışlayır.

Bu addım Vaşinqtonda əldə olunmuş razılaşmalara uyğun olaraq regional kommunikasiyaların açılması, qarşılıqlı etimadın möhkəmləndirilməsi və Ermənistanla Azərbaycan arasında yaradılmış sülhün institusionallaşdırılmasında böyük əhəmiyyət kəsb edir”, - Baqdasaryan bildirib.

Seçilən
76
7
teleqraf.com

8Mənbələr