AZ

"Mehdiyevin əməllərini indi yox,hələ 2005- ci ilin parlament seçkiləri zamanı namizəd kimi teleçıxışımda demişəm"- Aydın Quliyev


"Bakı Xəbər" qəzetinin Baş redaktoru, politoloq Aydın Quliyev facebook səhifəsində maraqlı paylaşım edib. A.Quliyev yazır: "İrəli sürülmüş ittiham aktına görə Ramiz Mehdiyevin günahları və cinayəti böyükdür və bağışlanmazdır.İttiham maddələrinin arxasında hansı konkret faktlarınolduğu hələlik cəmiyyətə dəqiq məlum deyil.İttiham maddələrinin mahiyyəti onu göstərir ki , o bəlli əməlləri təklikdə törətməyib.Xüsusilə dövlətə xəyanət və dövlət çevrilişinə cəhd əməli təklikdə törədilmiş iş deyil.Bu sayaq əməllərdə onun mütləq əlaltılarının və köməkçilərinin olduğu şübhəsizdir. Konkret cinayətlər və qanun pozuntusu halları,bütün iştirakçıların çevrəsi ancaq istintaqın gedişində məlum olacaq .
Bu işdə ən nəzərəçarpan təzahür odur ki, Mehdiyev əvvəlcə tutduğu böyük vəzifələrin hesabına bu dövlətdə böyük əmlaklar toplayıb, sonra isəya acgözlükdən , ya da siyasi ambisiozluqdan dövlət çevrilişinə cəhd kimi yozulan əməllərə baş vurub. Hər iki halda Mehdiyev adi dildə desək səhvə, hüquq dilində desək, cinayətə yol verib.Əgər o özünü müdafiə etmək fikrinə düşsə, hansı arqumentlərə əl ata biləcəyini təsəvvür etmək çətindir.Bu işdə Mehdiyevinsəhvi də var, cinayəti də var , ona göstərilmiş etimada xəyanəti də var.
Onun vəziyyətini yüngülləşdirən halların nələr ola biləcəyini də düşünmək çətindir. Onu kim və nə xilas edə bilər ?! Onun vəziyyətini hansı hallar yüngülləşdirə bilər?!Varmı belə hallar?! "Hə "demək çətindir.
O bütün karyerası boyunca ona nisbətən köməyi dəyə biləcək bütün pozitivlərin kökünü kəsə - kəsə gəlib.
Arxaya körpü qoymayıb.
Həm də mən bunları indi demirəm, düz 20 il qabaq demişəm.2005- ci ilin oktyabrparlament seçkilərində namizəd kimi bir neçə dəqiqəlik televiziya çıxışımda Mehdiyevitəhlil etmişəm.Kadrlar hələ də canlı şahidlik edə bilər."

Mətləb

Seçilən
53
baki-xeber.com

1Mənbələr