AZ

“İstanbul NS” klinikasının külli miqdarda borcu var imiş

BAKI, 21 oktyabr. TELEQRAF

Bakıda fəaliyyət göstərən “İstanbul NS” klinikasının külli miqdarda vergi borcu yaranıb.

Teleqraf-ın əldə etdiyi məlumata görə, klinikanın hazırda 77 750 manat dövlətə vergi borcu var.

Sözügedən klinika daha öncə İnzibati Xətallar Məcəlləsinin tələblərini pozduğu üçün məhkəməlik olub. Belə ki, klinika barədə ali və ya orta ixtisas tibb təhsili olmayan, habelə qanunda nəzərdə tutulmuş sertifikasiya şəhadətnaməsi olmayan və ya qüvvədə olmayan şəxslərin praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına dair iddia qaldırılıb.

Qeyd edək ki, “İstanbul NS” klinikasının qanuni təmsilçisi Nəsirov Azər Qənbər Oğludur.

Seçilən
70
2
teleqraf.com

10Mənbələr