AZ

Ermənistan hökuməti Azərbaycan Prezidentinin bəyanatını alqışlayıb

Ermənistan hökuməti Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırılması ilə bağlı bəyanatını alqışlayıb.

News24.az xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyanın mətbuat katibi Nazeli Bağdasaryan bununla bağlı açıqlama yayıb.

“Bu addım regional kommunikasiya xətlərinin açılması, qarşılıqlı etimadın möhkəmləndirilməsi və Ermənistanla Azərbaycan arasında Vaşinqtonda əldə edilmiş razılaşmalara uyğun olaraq qurulan sülhün institusional əsasda möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir”, – deyə Bağdasaryan bildirib.


Seçilən
180
news24.az

1Mənbələr