AZ

“Bavariya” baş məşqçisi ilə müqavilənin müddətini uzadıb

Bakı, 21 oktyabr, AZƏRTAC

Almaniyanın “Bavariya” komandası baş məşqçisi Vensan Kompani ilə müqavilənin müddətini uzadıb.

AZƏRTAC klubun rəsmi saytına istinadla xəbər verir ki, yeni sözləşmə 2029-cu ilin yayınadək nəzərdə tutulub.

Belçikalı mütəxəssis ötən ilin may ayından Bundesliqa təmsilçisini çalışdırır.

Qeyd edək ki, “Bavariya” hazırda 21 xalla Almaniya çempionatında turnir cədvəlinə başçılıq edir.

 

 

Seçilən
58
2
azertag.az

3Mənbələr