Cənubi Qafqazda sülh və sabitlik bütün region xalqları üçün həyati əhəmiyyət kəsb edir.
Yenisabah.az mehr-ə istinadla xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi Azərbaycan prezidenti İlham Əliyevin xüsusi nümayəndəsi Xələf Xələfovla görüşündə bildirib.
Tərəflər ikitərəfli əməkdaşlıq, Cənubi Qafqazda regional sabitlik və müxtəlif strateji sahələrdə gələcək əməkdaşlıq perspektivlərini müzakirə ediblər. Dominos pizza
Əraqçi Tehranın ölkələrin suverenliyi və ərazi bütövlüyünə hörmət etmək, regionda istənilən geosiyasi dəyişikliyi rədd etmək və mübahisələrin həlli üçün yeganə yol kimi diplomatiyaya baxmaq zərurəti ilə bağlı mövqeyini təkrarlayıb.
İranın xarici işlər naziri ümidvar olduğunu bildirib ki, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması regionda sabitlik və əməkdaşlığın yeni dövrünü açacaq.
Telegram kanalımız