Bakı. Trend:
“Şahdəniz” Konsorsiumu artıq faktiki olaraq “Shah DenizCompression” layihəsi üzrə tikinti işlərinə başlayıb.
Bu barədə Trend-ə“BP-Azerbaijan”şirkətinin mətbuat xidmətinin rəhbər Tamam Bayatlıaçıqlama verib.
O bildirib ki, yuxarı modulların tikintisi işləri “Azfen”şirkətinə (SOCAR və “Tekfen İnşaat”ın birgə müəssisəsi) həvaləolunub:
“Bu yaxınlarda şirkət yuxarı modulların tikintisi üçün metalkəsimi üzrə ilk işlərə başlayıb. Eyni zamanda, “Shah DenizCompression” layihəsinin icrası və eləcə də dəniz işlərininaparılması üçün “Saipem/BOS Shelf” birgə müəssisəsi ilə üç irimüqavilə imzalanıb. Bu şirkət layihə üzrə bütün sualtıinfrastruktur işlərini həyata keçirəcək. Təxminən 26 kilometruzunluğunda yeni sualtı boru kəməri qurulacaq və yeni platformamövcud infrastrukturla birləşdiriləcək. Platforma hazır olduqdansonra dənizə daşınaraq orada Saipem/BOS Shelf birgə müəssisəsitərəfindən quraşdırılacaq”.
T. Bayatlı vurğulayıb ki, yalnız bir müqavilənin – platformanındayaqlı bloku üzrə müqavilənin bağlanması qalır:
“Bunu ilin sonuna qədər elan edəcəyik. Beləliklə, “Shah DenizCompression” layihəsinin bütün əsas müqavilələri tamamlanacaq vəmüvafiq işlər başlayacaq”.
Qeyd etmək lazımdır ki, 2,9 milyard ABŞ dolları dəyərində olan“Shah Deniz Compression” layihəsi “Şahdəniz” qaz yatağının növbətiinkişaf mərhələsidir. Layihənin məqsədi aşağı təzyiqli yataqlardanqaz hasilatını təmin etmək və onları istismara əlçatan etmək,beləliklə qazın maksimal hasilat əmsalına nail olmaqdır.
Layihə çərçivəsində əlavə olaraq təxminən 50 milyard kubmetr qazvə təxminən 25 milyon barrel kondensat hasil edilərək ixracolunacaq.
Layihə çərçivəsində yeni bir kompressiya obyekti – elektrikləişləyən texniki xidmət tələb etməyən kompressiya platforması (eNUI)inşa olunacaq.
Platforma 85 metr dərinlikdə, mövcud “Shah Deniz Bravo”platformasından təxminən 3 kilometr məsafədə quraşdırılacaq.Platformada hər biri 11 meqavat gücündə dörd kompressoryerləşdiriləcək.
“Shah Deniz Compression” həm “Shah Deniz Alpha”, həm də ShahDeniz Bravo” platformalarından hasil edilən qaz üçün əsaskompressiya mərkəzi olacaq. Bu o deməkdir ki, hər iki platformadanixrac ediləcək qaz sahilə - “Səngəçal” terminalına göndərilməzdənəvvəl “Shah Deniz Compression” platformasında ilkin olaraqsıxılacaq.
Layihəyə həmçinin “Şahdəniz” yatağının müqavilə zonasındakı birsıra köməkçi obyektlərin tikintisi və mövcud infrastruktur – “ShahDeniz Alpha”, “Shah Deniz Bravo” platformaları və “Səngəçal”terminalı üzrə işlərin aparılması daxildir.