Qaynarinfo-nun məlumatına görə, 1963-cü il təvəllüdlü Hicran Hüseyn oğlu Şeyxovun barəsində Cinayət Məcəlləsinin 178.2.2 (təkrar dələduzluq) və 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) maddələri ilə açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
İstintaqla müəyyən edilib ki, Hicran Şeyxov özünü Müdafiə Nazirliyində polkovnik-leytenant rütbəsi ilə təqaüdə çıxmış zabit kimi təqdim edib. O, bir sıra şəxsləri dövlət qurumlarında vəzifəyə və ya ali məktəblərə tələbə kimi yerləşdirəcəyinə inandıraraq, onların külli miqdarda vəsaitini ələ keçirib.

Hicran Şeyxov zərərçəkənlərə Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi, həmçinin Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) yüksək vəzifələrdə çalışan şəxslərlə yaxın əlaqələri olduğunu deyib. O, bir neçə nəfərdən hər birindən 10 min manat alaraq, onları Təcili Tibbi Yardım xidmətinə sürücü kimi düzəldəcəyinə söz verib.
Bundan başqa, o, 2022-ci ildə Bakı Xoreoqrafiya Akademiyasına və İdman Akademiyasına tələbə qəbuluna kömək edəcəyinə dair də vədlər verərək, müxtəlif şəxslərdən pul alıb.
Eyni zamanda, Şeyxov V.F. adlı qadına Suraxanı rayonunun Əmircan qəsəbəsində yerləşən Mədəniyyət Evinə direktor vəzifəsinə təyin ediləcəyini vəd edib və ondan 5 min manat alaraq mənimsəyib.
6Mənbələr
-
avtosfer.azDövlət qurumlarında iş vədi ilə pul alan "polkovnik"ə hökm oxundu ( 22638532)
-
avtosfer.azDövlət qurumlarında iş vədi ilə pul alan polkovnik ə hökm oxundu ( 22638520)
-
axar.azPolkovnik leytenant a hökm oxundu Foto ( 22631995)
-
Ajans.azÖzünü "polkovnik-leytenant" kimi tanıdan şəxsə hökm oxundu ( 22626601)
-
demokrat.azDövlət qurumlarında iş vədi ilə pul alan "polkovnik"ə hökm oxundu — FOTO ( 22621213)
-
qaynarinfo.azDövlət qurumlarında iş vədi ilə pul alan polkovnik ə hökm oxundu ( 22619830)