Almaniyanın "Bavariya" klubu baş məşqçisi Vensan Kompani ilə müqavilənin müddətini uzadıb.
QOL.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Belçikalı mütəxəssisin yeni sözləşməsi 2029-cu ilin iyununa qədərdir.
Qeyd edək ki, Vensan Kompani 2024-cü ilin mayından "Bavariya"nı çalışdırır.