BAKI, 21 oktyabr. TELEQRAF
“Ukrayna müharibənin həlli naminə Donbası rəsmi olaraq Rusiya ərazisi kimi tanımamalıdır”.
Teleqraf xəbər verir ki, bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas deyib.
“Hesab edirik ki, Ukrayna Rusiyaya ərazilər verməməlidir”, - Avropa İttifaqının baş diplomatı.