BAKI, 21 oktyabr. TELEQRAF
“Bunu da əlavə edim: tezliklə Aktau–Bakı marşrutu, daha sonra isə Azərbaycan-Gürcüstan dəmir yolları vasitəsilə Qazaxıstan buğdasının ilk partiyası Ermənistana gətiriləcək”.
Teleqraf xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan Azərbaycan Prezidenti İlham Əliyevin Bakının Ermənistana yüklərin tranzitinə qoyulan məhdudiyyətləri aradan qaldırması ilə bağlı bəyanatına cavabında deyib.
“Sülh bərqərar olub”, - nazir bildirib.