Misirdəki firon Tutanxamonun məzarının çökmə təhlükəsi var.
News24.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.
Məzarın yaşı 3,3 min ildən çoxdur.
Orada su sızan iri çat aşkar edilib. Rütubətin artması səbəbindən göbələk qalıqları qiymətli freskaları zədələyir, çatlar isə divar boyunca genişlənir.
“Fəlakət istənilən an baş verə bilər”, – deyə qəzetə müsahibə verən alimlərdən biri bildirib.
Teymur



