BAKI, 21 oktyabr. TELEQRAF
8 noyabr – Zəfər Günündən etibarən Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə reyslər təyin edilir.
Azərbaycan Dəmir Yolları QSC-dən Teleqraf-a verilən məlumata görə, sərnişin tələbatını qarşılamaq məqsədilə noyabrın 8, 9, 10 və 11-də Bakıdan və Qəbələdən qarşılıqlı istiqamətdə reyslər təşkil ediləcək.
8 noyabrdan başlayaraq həftəsonları bu maşrutla ənənəvi qrafik üzrə səfərlər ikimərtəbəli müasir qatarlarla həyata keçiriləcək.