AZ

Zaqatalada 41 yaşlı kişini ölümcül döydülər

ain.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Zaqatalada 41 yaşlı kişi ölümcül döyülüb. 

Lent.az-ın məlumatına görə, hadisə gecə saatlarında Zaqatala şəhəri ərazisində qeydə alınıb.

Zaqatala şəhər sakini, 41 yaşlı İskəndər Yusif oğlu Musayev kəllə-beyin travması, başın acıq yarası xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Cərrahiyyə korpusunun Reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyəti ağır qiymətləndirilir.  

İlkin araşdırma zamanı İ. Musayevin döyülərək ağır xəsarətlər aldığı məlum olub. 

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.

Vüqar Heydərov

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
54
lent.az

1Mənbələr