AZ

Türkmən diplomat: Transxəzər dəhlizi Aşqabadın prioritetlərinə daxildir

BAKI, 21 oktyabr. TELEQRAF

Türkmənistan xarici işlər nazirinin müavini Myaxri Byaşimovanın rəhbərlik etdiyi nümayəndə heyəti Avropa İttifaqı Xarici İşlər Şurasının iclasından sonra Lüksemburqda keçirilən nazirlərin görüşündə iştirak edib.

Teleqraf xəbər verir ki, bu barədə Türkmənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Nazir müavini Türkmənistanın etimad və bərabərlik prinsipləri əsasında Aİ ilə tərəfdaşlığını gücləndirməyə sadiq olduğunu bildirib.

Türkmənistan-Avropa İttifaqı əməkdaşlığı prioritetlərinə Transxəzər marşrutu (Orta Dəhliz) da daxil olmaqla nəqliyyat infrastrukturunun inkişafı, enerji, Aİ-nin müvafiq proqramlarında iştirak, bərpaolunan enerji və hidrogen texnologiyaları sahələrində əməkdaşlıq, həmçinin səhralaşma və iqlim dəyişiklikləri ilə mübarizə üçün regional mərkəzlərin yaradılması və Xəzər Ekoloji Təşəbbüsünün inkişafı kimi ekoloji təşəbbüslər daxildir.

Seçilən
104
teleqraf.com

1Mənbələr