Keçmiş Fransa prezidenti Nikola Sarkozi Parisdəki La Sante həbsxanasına gedib.
Ölkə.Az xəbər verir ki, Sarkozi həyat yoldaşı model Karla Bruninin müşayiəti ilə həbsxanaya gedib. Sabiq prezidenti onun vəkillərindən biri Kristof Enqrin də müşayiət edib.
O getməzdən əvvəl Sarkozini dəstəkləmək üçün keçmiş prezidentin evinin qarşısında toplaşan insanlar əllərində “Nicolas, tez qayıt!” kimi şüarlar yazılmış Fransa bayraqları tutublar.
Sarkozi "X"də dərc olunan son mesajında yazıb: “Bu səhər dəmir barmaqlıqlar arxasına respublikanın keçmiş prezidenti deyil, günahsız bir adam salınır”.
Oktyabrın 21-də 70 yaşlı Sarkozi birnəfərlik kamerada 5 illik cəza çəkməyə başlayacaq. O, 2007-ci ildəki seçki kampaniyasını Liviyadan daxil olan vəsaitlə qeyri-qanuni maliyyələşdirdiyi üçün 5 il həbs cəzasına məhkum edilib.
Mürtəza