BAKI, 21 oktyabr. TELEQRAF
Rusiyalı milyarder Roman Abramoviç "Qalatasaray"ın ən böyük səhmdarlarından biri ola bilər.
Teleqraf xəbər verir ki, bu barədə “Sözcü” nəşri məlumat yayıb.
Rusiyalı iş adamının İstanbul təmsilçisinin ən böyük səhmdarlarından birinə çevrilərək nəzarət paketini almağı planlaşdırdığı bildirilir. 58 yaşlı sahibkarın Boğazda malikanə aldığı və İstanbula köçməyə hazırlaşdığı deyilir.
Qeyd edək ki, Roman Abramoviç 2003-cü ildən 2022-ci ilə qədər İngiltərənin "Çelsi" klubunun sahibi olub. Böyük Britaniya hakimiyyəti Rusiya - Ukrayna müharibəsi başlayandan sonra onu klubu satmağa məcbur edib.