AZ

Bəzi bölgələrdə müxtəlif mənşəli heyvanların bir yerdə saxlanması qaydaları pozulur - AQTA

Bakı. Trend:

Mövsümi xəstəliklərin yayılma riski artdıqca heyvan bazarlarındagigiyena və baytarlıq tələblərinə əməl olunması xüsusi əhəmiyyətdaşıyır.

Trendxəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi(AQTA) məlumat yayıb.

Bildirilib ki, bazarlarda müxtəlif mənşəli heyvanların bir yerdəsaxlanması və qaydalara riayət edilməməsi infeksiyalarınyayılmasına səbəb ola bilər:

"Aparılan monitorinqlər göstərir ki, bəzi bölgələrdə bu qaydalarpozulur. Bu isə həm heyvanlar, həm də insanlar üçün təhlükəyaradır.

Epizootoloji stabilliyin qorunması üçün bazar sahibləri vəsatıcıların əməl etməli olduqları tələbləri diqqətinizəçatdırırıq!

Unutmayaq: sağlam heyvan sağlam qida, sağlam qida sağlam insandeməkdir!".

Məqalədə:
Seçilən
79
2
az.trend.az

6Mənbələr