AZ

Qazaxıstanla KOB evi modeli təcrübəsinin tətbiqinə dair Memorandum imzalanıb

BAKI, 21 oktyabr. TELEQRAF

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə Qazaxıstanın Xarici Ticarət Palatası arasında KOB evi modeli təcrübəsinin tətbiqinə dair Memorandum imzalanıb.

Teleqraf xəbər verir ki, bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov sosial şəbəkə hesabında qeyd edib.

"Astanada Azərbaycan–Qazaxıstan Biznes Forumunda KOBİA-nın iş adamlarının iştirakı ilə birgə təşəbbüslərin və layihələrin icrasına dəstək imkanları barədə çıxış etdim, KOB evi modeli təcrübəsinin tətbiqinə dair Qazaxıstanın Xarici Ticarət Palatası ilə Memorandum imzaladıq," - o qeyd edib.

Seçilən
22
teleqraf.com

1Mənbələr