
“Ukraynanın ərazi güzəştləri ilə bağlı danışıqları yalnız Prezident Volodimir Zelenski apara bilər”.
Missiya.Az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron Sloveniyanın Baş naziri Robert Qolob ilə birgə keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, müharibə davam etdikcə, Ukraynaya hərbi, müdafiə və maliyyə dəstəyi davam edəcək.
Makron qeyd edib ki, müharibəni sona çatdırmaq üçün sülh yoluna davamlı olaraq məhəl qoymayan Rusiyadır.
"Əgər ərazi danışıqları məsələsi yaranarsa, o zaman bu danışıqları ölkəsi adından yalnız Zelenski apara bilər. Başqa heç kimin buna hüququ yoxdur. Ona görə də Ukrayna özü və ərazisi, avropalılar isə özləri və öz təhlükəsizliyi üçün qərar verməlidir", - deyə siyasətçi vurğulayıb.
Daşqın HəsənovMissiya.Az