"Barselona" UEFA Çempionlar Liqasının əsas mərhələsinin üçüncü turunda "Olimpiakos"a qarşı oyunun iştirak ərizəsini açıqlayıb.
Publika.az xəbər verir ki, 23 nəfərlik siyahıya 18 yaşlı cinah hücumçusu Lamin Yamal da daxil edilib. Bir müddətdir belində problem yaşayan 18 yaşlı ulduz Yunanıstan təmsilçisi ilə görüşdə iştirak edə biləcək.
Komandalar arasındakı qarşılaşma bu gün, oktyabrın 21-də Barselonada Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.
Heybət