AZ

Finlandiya Rusiyaya qarşı sanksiyaların ləğvi şərtini açıqlayıb

"Rusiya atəşi dayandırsa və qoşunlarını Ukrayna ərazisindən çıxararsa, anti-Rusiya sanksiyalarının tədricən ləğvi mümkündür".

Qaziler.az xəbər verir ki, Finlandiya prezidenti Aleksander Stubbun sözlərini “The Times” nəşri sitat gətirib.

Onun sözlərinə görə, iki mərhələli fəaliyyət planı atəşkəs və etimadın möhkəmləndirilməsi tədbirlərindən başlamalıdır. Finlandiya prezidenti hesab edir ki, bütün digər məsələlər, o cümlədən ərazi güzəştləri və qoşunların çıxarılması daha sonra müzakirə olunmalıdır.

"Biz Rusiyaya təzyiq etməyə davam etməliyik. Amma atəşkəslə başlasaq və sonra sanksiyaların tədricən ləğvini Rusiyanın hərbi əməliyyatları dayandırmasının və qoşunlarını geri çəkməsinin qiymətləndirilməsi kimi görürəm. Amma Avropanın sanksiyaları bir gecədə ləğv edəcəyini düşünmürəm", - Stubb deyib.

QAZİLER.AZ

Seçilən
69
qaziler.az

1Mənbələr