AZ

Yeddinci dəfə əməliyyat olundu

Amerikalı qolf əfsanəsi Tayger Vuds bel yırtığı üzündən əməliyyat keçirməli olduğunu açıqlayıb.

Bu, Vudsun yeddinci bel əməliyyatıdı. Əfsanə sosial media hesabında bunları yazıb:
“Belimdə ağrı və sərtlik hiss edəndən sonra testlər aparmaq üçün həkim və cərrahlar ilə məsləhətləşdim. Müayinələr çökmüş disk, disk parçaları və onurğa kanalının zədələnməsini aşkar etdi. Diski dəyişmək qərarına gəldim. Artıq bilirəm ki, sağlamlığım və kürəyim üçün düzgün qərar vermişəm”.
Bu, Vudsun bir ildə ikinci əməliyyatı olub. Martda da sol ayağındakı Axill vətərinin qopması üzündən cərrah masasına uzanmışdı. Qolfçunun ilk əməliyyatı isə 2014-cü ilin aprelinə təsadüf edib.
Seçilən
84
1
football-plus.az

2Mənbələr