Ermənistan Milli Assambleyası (parlament) baş nazir Nikol Paşinyana etimadsızlıq layihəsini rədd edib.
İmpiçment qanun layihəsi hakim “Vətəndaş Müqaviləsi” partiyasının təmsil etdiyi parlament çoxluğu tərəfindən rədd edilib. 24 deputat lehinə, 48-i isə əleyhinə səs verib. İki deputat bitərəf qalıb. Bir müddət əvvəl Dövlət və Hüquq Məsələləri Komitəsi də impiçment təşəbbüsü ilə bağlı mənfi rəy vermişdi.
 Xatırladaq ki, Paşinyana etimadsızlıq təklifi layihəsi “Milli böhran və idarəetmənin uğursuzluğu haqqında” adlanıb.
O, millətçi parlament fraksiyasının “Mənim şərəfim var” adlı fraksiya tərəfindən hazırlanıb və işə salınıb. Müəlliflərin planına görə, təşəbbüs Nikol Paşinyan rəhbərliyindən narazı olanların hamısını birləşdirmək məqsədi daşıyırdı. Təşəbbüs uğurlu alınsa və hazırkı baş nazir istefa versə, yeni keçid hökuməti qurulacaq, ardınca isə yeni seçkilər keçiriləcək.
Xatırladaq ki, Ermənistanda növbəti parlament seçkilərinin vaxtı artıq müəyyənləşib. Onlar gələn il iyunun 7-də keçiriləcək.
//Samir Qurbanov, Editor.az
 
                        