"Şəmkir" klubu baş məşqçisi Vüqar Nadirovla yollarını ayırıb.
Offsideplus.az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Onunla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
II Liqada mübarizə aparan "Şəmkir" 9 xalla 6-cı pillədə qərarlaşıb.