ain.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Sumqayıt şəhərində 43 yaşlı kişi qəfil dünyasını dəyişib.
Oxu.Az-ın məlumatına görə, hadisə şəhərin 41-ci məhəlləsində baş verib.
Şəhər sakini, 1982-ci il təvəllüdlü Akif Abgül oğlu Baxşıyev dünən axşam saatlarında səhhətində problem olduğundan qəfil halı pisləşib. A.Baxşıyevə yardım etmək üçün ünvana təcili tibbi yardım briqadası çağırılıb.
Ünvana gələn təcili tibbi yardım həkimləri ona ağrıkəsici iynə vurub. İynədən bir neçə dəqiqə sonra A.Baxşıyev dünyasını dəyişib.
Hadisə ilə bağlı polisə müraciət daxil olub və faktla bağlı araşdırma aparılır.
Samir Əli
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.