AZ

Təkadamlıq kamera, həftədə 3 dəfə görüş... - Sarkozinin həbsxana şəraiti

Beş il müddətinə azadlıqdan məhrum edilən Fransanın keçmiş prezidenti Nikola Sarkozi bu gün həbsxanaya göndərilib.

Publika.az yerli mətbuata istinadən xəbər verir ki, Sarkozi cəzasını digər məhbuslardan təcrid olunmuş, 9 kvadratmetrlik təkadamlıq kamerada çəkəcək və daimi mühafizə altında olacaq.

Məlumata görə, sabiq liderin kamerasında tualet, duş, stolüstü telefon və ayda 14 avro ödəyəcəyi televizor da olacaq. Qohumları isə ona həftədə üç dəfə baş çəkə biləcəklər.

Avropa İttifaqı ölkələrindən həbsdə olan ilk lider kimi tarixə düşən Sarkozi həbsxanaya düşməkdən qorxmadığını və vaxtını kitab yazmağa sərf etməyi planlaşdırdığını bildirib.

Seçilən
59
publika.az

1Mənbələr