Bakı. Trend:
Macarıstan parlamenti Ukrayna ərazisində müharibənin davametməsi ilə əlaqədar fövqəladə vəziyyətin daha 6 ay müddətinəuzadılmasına dair qərar qəbul edib.
Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.
Qanunverici orqanın saytında canlı yayımlanan səsverməningedişində müvafiq qanun layihəsinin lehinə 127 deputat səs verib,56 deputat əleyhinə olub.
Qeyd edək ki, Macarıstanın ali qanunvericiliyinə əsasən,fövqəladə vəziyyət Baş nazir və hökumətə daha geniş səlahiyyətlərverir. Belə ki, hökumət müəyyən məsələlərlə bağlı parlamentmüzakirəsinə çıxarmadan sərəncamlar və fərmanlar verə bilir.
Qeyd edək ki, Macarıstan hökuməti Ukraynadakı hadisələrləəlaqədar 2022-ci ilin may ayında 180 günlük fövqəladə vəziyyət elanedib və o vaxtdan bəri onun müddətini altı dəfə uzadıb.