AZ

Macarıstan fövqəladə vəziyyət rejimini altıncı dəfə uzatdı

Macarıstan parlamenti qonşu Ukraynada silahlı münaqişə ilə əlaqədar ölkədə fövqəladə vəziyyət rejimini daha 6 ay uzadıb.

Qaziler.az bu barədə TASS-a istinadla xəbər verir.

Nəşr qeyd edir ki, parlamentin 127 üzvü fövqəladə vəziyyətin 180 gün uzadılmasının lehinə, 56 nəfər isə əleyhinə səs verib.

Fövqəladə vəziyyət ilk dəfə 2022-ci ilin mayında Ukraynadakı münaqişə səbəbindən elan edilib və o vaxtdan altı dəfə uzadılıb.

QAZİLER.AZ

Seçilən
87
5
qaziler.az

8Mənbələr