BAKI, 21 oktyabr. TELEQRAF
"Qarabağ" turnir cədvəlində liderlər sırasındadır, biz isə sonuncuyuq".
Teleqraf xəbər verir ki, bunu "Atletik Bilbao"nun baş məşqçisi Ernesto Valverde İspaniyada "Qarabağ"la keçirəcəkləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin III tur oyununda əvvəl mətbuat konfransında deyib.
O, görüşdə xal qazana biləcəklərini bildirib: "Sabah bizim xal toplamağa başlamaq imkanımız var. Rəqibə böyük hörmətimiz var, çünki onlar iki çətin rəqib olan "Benfika" və "Kopenhagen" üzərində qələbə qazanıblar. Sabah uduzsaq, vəziyyətimiz daha çətin olacaq. Amma matç başlamadan bu barədə danışmaq istəmirəm".
İspaniyalı mütəxəssis "Qarabağ"ın çox yaxşı oyunçulara malik olduğunu söyləyib:"Onlar yaxşı futbol oynayan və hücumda çox güclü oyunçuları olan komandadır. Azərbaycandan olsalar da, legionerlər çoxluq təşkil edir. Müdafiədə maksimum diqqətli olmalıyıq".