AZ

"Google"unofisini BÖCƏK BASIB

Ajans.az xəbər verir ki, hadisə "Google"un Manhettendəki Çelsi ofisində baş verib. Şirkət rəhbərliyi təcili müdaxilə qruplarını işə cəlb edib. Ofis müvəqqəti olaraq bağlanıb və bütün əməkdaşlara evdən işləmələri tövsiyə olunub. Təmizlik və dərmanlama işlərindən sonra işçilər ofislərinə qayıdıb.  Bu hadisə "Google"un Nyu-York ofisində ilk dəfə baş vermir. 2010-cu ildə də bənzər bir taxtabiti problemi yaşanmışdı. Şirkət bu cür halların qarşısını almaq üçün gigiyena protokollarını yeniləməyi planlaşdırır.

Ofisdə çalışanlar vəziyyəti sosial mediada zarafatla paylaşsalar da, məsələ ciddi şəkildə ələ alınıb.

Seçilən
48
Ajans.az

1Mənbələr