AZ

Xəstə heyvanın ətini necə ayırd etmək olar? - DABAQ XƏSTƏLİYİ YAYILIB

Xəbər verdiyimiz kimi, son günlər heyvanlar arasında bir sıra xəstəliklər yayılıb. 

Day.Az xəbər verir ki, xüsusilə dabaq xəstəliyinin yayılması ət bazarına ciddi təsir göstərib. Satıcıların sözlərinə görə, müştəri sayında azalmalar hiss olunur. Bildirilir ki, xəstəliyə görə insanlar ət yeməkdən çəkinirlər. Qiymətlər isə demək olar ki, eynidir. 

Bəs xəstə heyvanın ətini necə müəyyənləşdirmək olar?

Bunu ətin rəngindən müəyyənləşdirmək mümkündür. Xəstə olan heyvanın ətinin rəngi qırmızıya deyil, sarı rəngə çalır və üzərində xətlər olur. Həmçinin ətin daxilən sulanması və kəskin qoxuya malik olması, heyvanın xəstə olmasına işarədir. 

Qeyd edək ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi mövzümi xəstəliklərlə bağlı məlumat yayıb.

Bildirilir ki, mövsümi xəstəliklərin yayılma riski artdıqca heyvan bazarlarında gigiyena və baytarlıq tələblərinə əməl olunması xüsusi əhəmiyyət daşıyır: 

"Bazarlarda müxtəlif mənşəli heyvanların bir yerdə saxlanması və qaydalara riayət edilməməsi infeksiyaların yayılmasına səbəb ola bilər. Aparılan monitorinqlər göstərir ki, bəzi bölgələrdə bu qaydalar pozulur. Bu isə həm heyvanlar, həm də insanlar üçün təhlükə yaradır. Epizootoloji stabilliyin qorunması üçün bazar sahibləri və satıcıların əməl etməli olduqları tələbləri diqqətinizə çatdırırıq! Unutmayaq: sağlam heyvan sağlam qida, sağlam qida sağlam insan deməkdir!".

Seçilən
69
day.az

1Mənbələr