AZ

“Avropanın başında papaq yanıb” -Lavrov

Rusiya xarici işlər naziri Sergey Lavrov bəzi Qərb liderlərinin Ukraynada dərhal atəşkəs çağırışlarını “papağı yanmış” bir vəziyyət kimi qiymətləndirib.

Redaktor.az xəbər verir ki, bu barədə o, TASS-a istinadla keçirilən mətbuat konfransında danışıb.

Lavrov bildirib ki, uzun müddət atəşkəsə qarşı çıxan Qərb liderləri – Ukrayna prezidenti Vladimir Zelenski, Fransa prezidenti Emmanuel Makron, Böyük Britaniyanın baş naziri Kir Starmer və Avropa Komissiyasının sədri Ursula fon der Lyayen indi qəfil atəşkəs tələb etməyə başlayıblar.

“Makronun dediyinə görə, atəşkəs heç bir ilkin şərt olmadan baş verməlidir və bu, Kiyevə silah tədarükünü davam etdirməyə də imkan verəcək. Yəni, necə deyərlər, papaq yanıb – bu çağırışların arxasında nə dayandığı artıq aydın oldu”, – deyə Lavrov vurğulayıb.

Onun sözlərinə görə, belə bir atəşkəs Qərbə Ukraynaya daha çox silah göndərmək və Kiyevin Rusiyanın mülki infrastrukturlarına qarşı “terror xarakterli” hücumlarını davam etdirməsinə şərait yaratmaq imkanı verəcək.

Nuriyyə NATİQQIZI

Seçilən
14
redaktor.az

1Mənbələr