AZ

“1:0 hesabı ilə də qalib gəlsək, kifayətdir” – Ernesto Valverde 

 “Atletik”in baş məşqçisi Ernesto Valverde UEFA Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”la qarşılaşmadan əvvəl fikirlərini bölüşüb.

İdmanxeber.az-ın məlumatına görə, təcrübəli mütəxəssis görüş barədə bunları deyib:

“Qarabağ” çox yaxşı komandadır. Onlar İspaniyaya 6 xalla gəliblər və bu, rəqibin səviyyəsini göstərir. Bizi çətin oyun gözləyir. Məqsədimiz qalib gəlməkdir. Bütün matçlar bizim üçün önəmlidir və sabit oyun göstərməyə çalışırıq”, – Valverde mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis mətbuatda yer alan “Qarabağ”a 9 qol vurmaq istəyirik” iddialarına da münasibət bildirib:

“Heç vaxt belə söz deməmişəm. Bu, həddindən artıq olardı. Bizim üçün əsas məsələ qələbədir. 1:0 hesabı ilə də qalib gəlsək, kifayətdir”.

Qeyd edək ki, “Atletik” – “Qarabağ” oyunu oktyabrın 22-də, Bakı vaxtı ilə saat 20:45-də start götürəcək.

Seçilən
75
idmanxeber.az

1Mənbələr