AZ

Sumqayıtda təcili yardım həkiminin iynə vurduğu kişiÖLDÜ


Sumqayıtda 43 yaşlı kişi təcili yardımın çağırış zamanı vurduğu iynədən sonra ölüb.

"Medicina" xəbər verir ki,TƏBİB-in məlumatında deyilir ki, oktyabrın 21-də saat 00:00-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Sumqayıt şəhəri ərazisindən təcili çağırış daxil olub.


Təcili tibbi yardım briqadası tərəfindən 1983-cü il təvəllüdlü (kişi cinsli) şəxsə kəskin koronar sindrom, kardiogen şok diaqnozu qoyulub və ilkin tibbi yardımın həyata keçirilməsinə baxmayaraq, həkim yanında ölüm qeydə alınıb.



Seçilən
105
medicina.az

1Mənbələr