AZ

Parisdə Zəfər ruhu və Üzeyir Hacıbəyli irsi bir arada (FOTO)

Bakı. Trend:

Fransanın paytaxtı Parisdə “Temple Montparnasse Plaisance”zalında 8 Noyabr – Zəfər Günü və dahi Azərbaycan bəstəkarı ÜzeyirHacıbəylinin anadan olmasının 140 illiyi münasibətilə musiqilitədbir keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilənməlumata görə, tədbir Azərbaycan Diasporuna Dəstək Fondunundəstəyi, Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının təşkilatçılığıilə baş tutub.

Tədbirin aparıcısı məşhur fransız jurnalist və publisistJan-Mişel Bryun çıxışı zamanı Şuşa ilə bağlı xatirələriniiştirakçılarla bölüşüb. Azərbaycan Ordusunun qəhrəmanlığını, ZəfərGününün mənəvi əhəmiyyətini və azadlıq uğrunda qazanılan qələbənintarixi dəyərini vurğulayıb. Həmçinin Üzeyir Hacıbəylinin bənzərsizmusiqi irsindən danışaraq, onun həm Azərbaycan, həm də dünya musiqimədəniyyətinə verdiyi töhfələri xüsusi qeyd edib.

Daha sonra “Trio Avey” ansamblı — Ağarahim Quliyev (fleyta),Azusa Lozing (fortepiano) və Laure Volpato (violonçel) Azərbaycanvə Qərbi Avropa klassik musiqisindən seçmələr ifa edib. ÜzeyirHacıbəylinin, Fikrət Əmirovun, İohann Sebastyan Baxın, AzusaLozingin əsərləri böyük maraqla dinlənilib və alqışlarlaqarşılanıb.

Estoniyada yaşayan azərbaycanlı rəssam Rövşən Quliyev (RövşənNur) tədbir müddətində incəsənətin birləşdirici gücünü və milliqürurun təcəssümünü simvolizə edən rəsmlər çəkib.

Bu musiqili gecə Azərbaycan tarixinin, mədəniyyətinin vəincəsənətinin beynəlxalq miqyasda tanıdılması baxımından mühüməhəmiyyət daşıyıb.

Parisdə
Parisdə
Parisdə
Parisdə
Seçilən
91
az.trend.az

1Mənbələr