AZ

Qırğızıstanda İŞİD tərəfdarı SAXLANILDI

Qırğızıstanın Dövlət Milli Təhlükəsizlik Komitəsi İŞİD terror qruplaşmasının tərəfdarını saxlayıb.

İnterpress.az xəbər verir ki, bu barədə Qırğızıstan mediası məlumat yayıb.

İstintaqın versiyasına görə, o, Telegram vasitəsilə radikal qruplar tərəfindən cəlb edilib, internetdə terror təşkilatlarının ideologiyasını öyrənib və dəfələrlə döyüş bölgələrinə getməyə cəhd göstərib.

Şəxsin evində ekstremist ədəbiyyat, İŞİD bayrağı və icazəsiz travmatik tapança aşkar edilərək müsadirə olunub.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
2
1
interpress.az

2Mənbələr