AZ

Dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Bakı. Trend:

Bu gün “Bakı Fond Birjası” QSC-də Azərbaycan RespublikasıMaliyyə Nazirliyinin AZ0201120042 ISIN kodlu, tədavül müddəti 1080gün olan dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrackeçirilib.

Trend bubarədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Bildirilib ki, AZ0201120042 kodlu dövlət istiqrazları üzrəinvestorlar tərəfindən təqdim edilən sifarişlərin nominal üzrəümumi məbləği 74,8 milyon manat təşkil edib.

Maliyyə Nazirliyi tərəfindən 20 milyon manat məbləğində dövlətistiqrazlarının rəqabətli sifarişlər üzrə orta ölçülmüş qiyməti100.5544 (7,4008%) və kəsmə qiyməti 100.2916 (7.5000%) səviyyəsindəmüəyyən edilib.

İstiqrazların ödəmə müddəti 7 oktyabr 2028-ci ildir.

Seçilən
88
2
az.trend.az

6Mənbələr