AZ

Türkmənistan İraqla əməkdaşlığı gücləndirir

BAKI, 21 oktyabr. TELEQRAF

Türkmənistan xarici işlər nazirinin müavini Əhməd Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti İraqın Bağdad şəhərində səfərdə olub.

Teleqraf xəbər verir ki, bu barədə Türkmənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Səfər zamanı Türkmənistan və İraqın Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr aparılıb. Danışıqlarda İraq xarici işlər nazirinin müavini Məhəmməd Bəhr əl-Ulum iştirak edib.

Tərəflər siyasi, iqtisadi və humanitar əməkdaşlığın inkişafı məsələlərini müzakirə edərək, müntəzəm yüksək səviyyəli təmasların və dekabr ayında Aşqabadda Türkmənistanın neytrallığının 30 illiyinə həsr olunmuş konfransa hazırlığın vacibliyini bildiriblər.

Qanunvericilik bazasının möhkəmləndirilməsi, parlamentlərarası əlaqələr, beynəlxalq təşkilatlar, o cümlədən BMT çərçivəsində qarşılıqlı fəaliyyətə xüsusi diqqət yetirilib.

Seçilən
83
teleqraf.com

1Mənbələr