Amerikalı milyarder İlon Maskın atası Errol Mask Tatarıstanın paytaxtı Kazanda "çak-çak"ın (şirniyyat növü) dadına baxıb.
Publika.az xəbər verir ki, bu barədə Tatarıstan rəhbəri Rüstəm Minnixanovun mətbuat katibi Ruslana Minnixanova "Telegram" kanalında məlumat verib.
Cənubi afrikalı sahibkar və qiymətli daş satıcısı Errol Mask İnopolisə səfər etmək üçün Tatarıstanın paytaxtına uçub. Qonağı milli libaslı qadınlar ənənəvi tatar yeməyi olan "çak-çak"la qarşılayıblar. Görüşdən fotolarda yaşlı Maskın desertdən daddığı görünür.
Adəm