Çempionlar Liqasının Liqa mərhələsində sabah keçiriləcək "Atletik" - "Qarabağ" oyunundan əvvəl ev sahibi komandanın mətbaut konfransı olub.
Offsideplus.az xəbər verir ki, bask təmsilçisinin baş məşqçi Ernesto Valverde mətbuatda tirajlanan "Qarabağ"a 9 qol vurmaq istəyirik" ifadələrinə reaksiya bildirib:
“Heç vaxt belə söz deməmişəm. Bu, sadəcə, hədsizlik olardı. Qələbə qazanmaq istədiyimiz doğrudur. 1:0 hesabı ilə də qalib gəlsək, yaxşıdır”.
Təcrübəli mütəxəssis "Qarabağ" haqqında isə bunları deyib:
“Onlar sərbəst oynayan, yaxşı yarımmüdafiəsi və hücum xətti olan komandadır. Legioner oyunçuları çoxdur – braziliyalılar, kolumbiyalılar, polyaklar. Ehtiyatlı olmalıyıq. Hücumda yaxşı oynayırlar. Ölkələrinin çempionudurlar və qalib gəlmək üçün təzyiq edəcəklər. Daha çox istirahət ediblər, tez-tez heyətlərində dəyişiklik edirlər”.
O, qalib gəlməsələr, işlərinin çətinləşəcəyini də bildirib:
"Bizi çətin matç gözləyir. "Qarabağ" çox yaxşı komandadır. Qalib gəlməsək, işlər daha da mürəkkəbləşər. Onların da güclü tərəfləri var".