AZ

Makron: Ukrayna ilə bağlı ərazi danışıqlarını yalnız bir şəxs apara bilər

ain.az, Bizimyol portalına istinadən məlumat yayır.

Ukraynada ərazi güzəştləri ilə bağlı danışıqları yalnız bir şəxs – Ukrayna lideri Vladimir Zelenski apara bilər.

Bizimyol.info xəbər verir ki, "Le Monde" nəşrinin verdiyi məlumata görə, bu bəyanatı Fransa prezidenti Emmanuel Makron Sloveniya baş naziri Robert Qolob ilə birgə keçirdiyi mətbuat konfransında verib.

“Əgər söhbət ərazi danışıqlarından gedirsə, bu danışıqları yalnız prezident Zelenski öz ölkəsi adından apara bilər. Başqa heç kimin buna haqqı yoxdur. Ona görə də Ukrayna özü və ərazisi ilə bağlı qərar verir, Avropalılar isə özləri və öz təhlükəsizlikləri ilə bağlı qərar verməlidirlər,” – deyə o bildirib.

Makronun sözlərinə görə, Avropa ölkələri artıq “İstəkli ölkələr koalisiyası” çərçivəsində təhlükəsizlik zəmanətləri hazırlayıblar. O vəd edib ki, Ukraynaya hərbi, maliyyə və müdafiə dəstəyi müharibə davam etdiyi müddətdə davam edəcək.

“Yeganə mümkün sülh – davamlı və möhkəm sülh ola bilər. Bu isə özünü müdafiə edən tərəf üçün təhlükəsizlik zəmanətlərini təmin etməlidir. Məhz bunu biz – avropalılar – “İstəkli ölkələr koalisiyası” çərçivəsində razılaşdırdıq. Bu koalisiya cümə günü toplaşacaq və biz bu toplantıya baş nazir Kir Starmerlə birlikdə həmsədrliy edəcəyik. Təbii ki, prezident Zelenski də bu prosesə cəlb olunacaq,” – deyə Makron əlavə edib.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
42
bizimyol.info

1Mənbələr