AZ

Süni intellekt tətbiqi prezidentlərə belə məlumat verdi Video

Qafqazinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Məlum olduğu kimi, bu gün Azərbaycan və Qazaxıstan prezidentləri İlham Əliyevlə Kasım-Jomart Tokayev Astanada “Alem.ai” Beynəlxalq Süni İntellekt Mərkəzində olublar.

“Qafqazinfo” xəbər verir ki, həmin mərkəzdə süni intellekt tətbiqi Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsi layihəsi haqqında prezidentlərə məlumat verib.

Qeyd edək ki, Prezident İlham Əliyev “Kazinform” agentliyinə müsahibəsində Qazaxıstan və Azərbaycan arasında Xəzər dənizinin dibi ilə sualtı fiber-optik kommunikasiya xətlərinin çəkilməsinin əhəmiyyətli infrastruktur layihələrindən biri olduğunu bildirib . Dövlət başçısının sözlərinə görə, tikinti müqaviləsi 2025-ci ilin martında Bakıda imzalanıb. İşlərin tamamlanması 2026-cı ilin sonuna planlaşdırılır ki, bu da rəqəmsal inteqrasiyanı gücləndirəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
92
2
qafqazinfo.az

4Mənbələr