Belçika Xarici İşlər Nazirliyi Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın görüşündə Avropa İttifaqı (Aİ) və Ukrayna nümayəndələrinin iştirakına çağırıb.
Busaat.az xəbər verir ki, bu barədə Belçika Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Belçika xatırladır ki, nizamlanmaya yönəlmiş hər hansı təşəbbüs beynəlxalq hüquqa, Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə tam riayət olunmaqla dəstəklənməlidir.
Belçika hesab edir ki, sülh və ya atəşkəslə bağlı istənilən etibarlı müzakirə Ukrayna və Avropa İttifaqının iştirakı ilə aparılmalıdır”, – bəyanatda deyilir.
Nazirlik həmçinin qeyd edib ki, Brüssel Rusiya və ABŞ başçılarının Budapeştdə mümkün sammiti ilə bağlı məlumatları qeyd edib.
Yeganə