Bakı. Trend:
Gələcəkdə marşrutun genişləndirilməsi məqsədilə Latviyalimanlarının Orta Dəhlizə qoşulmasını nəzərdən keçirmək olar.
Bunu Trend-əaçıqlamasında Latviyanın Azərbaycandakı səfiri Edqars Skuyadeyib.
“Latviya şirkətləri bu layihəni logistika baxımından böyük maraqvə diqqətlə araşdırır. Əminəm ki, gələcəkdə Baltik limanlarının, ocümlədən Latviya limanlarının marşrutun şimal-şərqi Avropaistiqamətində uzantısına qoşulmasını və Baltik dənizinə çıxışimkanını nəzərdən keçirə biləcəyik. Şirkətlərimiz bu məsələni ciddişəkildə təhlil edirlər”, - deyə o vurğulayıb.
Diplomat qeyd edib ki, “yaşıl energetika" sahəsində tərəflərarasında müxtəlif səviyyələrdə, o cümlədən özəl sektor daxilindəfəal təcrübə mübadiləsi həyata keçirilir. Onun sözlərinə görə,şirkətlərdən biri artıq bu istiqamətdə fəaliyyət göstərir. Həminşirkət bərpa olunan enerji mənbələrinə əsaslanan işıqlandırma və“yaşıl texnologiyalar"ın tətbiqi üzrə layihələr reallaşdırır.
“Hazırda bu, əsasən təcrübə mübadiləsi səviyyəsindədir, lakinbiz gələcəkdə ikitərəfli layihələrin də həyata keçirilməsi üzərindəçalışırıq”, - Skuya vurğulayıb.
Səfir həmçinin qeyd edib ki, Hökumətlərarası Komissiyanıniclasının keçiriləcəyi tarix hələ müəyyən edilməyib.
“Həmsədrlərin son görüşü COP tədbiri çərçivəsində baş tutmuşduvə həmin vaxt komissiyanın iclasının keçirilməsi barədə razılıqəldə olunmuşdu. Lakin sonradan həmsədrlərin tərkibində dəyişiklikbaş verdi. Hazırda Azərbaycan tərəfdən yeni həmsədrin təyinedilməsini gözləyirik”, - deyə diplomat əlavə edib.
 
                        