AZ

Cənubi Sudanda 13 hərbçi ölüb

Cənubi Sudanın Unity ştatı, Rubkona dairəsində SSPDF və SPLA-IO qüvvələri arasında bazar günü yenidən toqquşmalar baş verib. 

News365.az xəbər verir ki, hadisələr nəticəsində ən azı 13 hərbçi həlak olub.

Bildirilib ki, toqquşmaların səbəbi bölgədəki gərgin münaqişələrin davamı kimi qiymətləndirilir. Yerli sakinlər təhlükəsizlik səbəbindən evlərini tərk etmək məcburiyyətində qalıblar.

Əraziyə humanitar yardımın çatdırılması isə çətinliklərlə üzləşir.


Seçilən
26
news365.az

1Mənbələr